Menyu

Ağasəlim Şükürov vəfat edib

Redaksiya
Ağasəlim Şükürov vəfat edib
1 dəq oxu

Tanınmış diplomat Şükürov Ağasəlim Səmədağa oğlu bir müddətdir əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

"Operativ Media" xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat yayıblar.

O, 9 sentyabr 1963-cü ildə anadan olub. Ağasəlim Şükürov 1993-cü ildən Xarici İşlər Nazirliyində işləyib, 2010 - 2014-cü illərdə Liviyada, 2015- 2022-ci illərdə isə Livanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 

Ağasəlim Şükürov Azərbaycan Prezidenti tərəfindən medal ilə təltif olunub. O, 30-dan çox dövlətdə ölkəmizi təmsil edib.

Allah rəhmət etsin!

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər