24 Mart 2023, 19:36
Stoltenberq: "Ukraynanın qalib gəlməsi üçün lazım olan dəstəyi verməliyik"
Stoltenberq: "Ukraynanın qalib gəlməsi üçün lazım olan dəstəyi verməliyik" şəkil
Stoltenberq: "Ukraynanın qalib gəlməsi üçün lazım olan dəstəyi verməliyik"

"Biz Ukraynaya qalib gəlməsi üçün lazım olan dəstəyi ehtiyac olduğu müddətdə verməliyik".

"Operativ Media" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Norveçin Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq bildirib ki, o, Norveç hökumət başçısı ilə Rusiyanın Ukraynaya qarşı amansız təcavüzkar müharibəsini müzakirə edib.

"Mən Norveçin Ukraynaya əhəmiyyətli maliyyə, humanitar və hərbi yardımını alqışlayıram. Buraya hava hücumundan müdafiə sistemləri, tanklar, artilleriya sursatları və Ukrayna əsgərləri üçün təlim daxildir. Biz Ukraynaya qalib gəlməsi üçün lazım olanı, nə qədər lazımdırsa, təmin etməyə davam etməliyik", - Stoltenberq vurğulayıb.

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır