Menyu

İlham Əliyev Katerina Sakellaropulunu təbrik edib

Nərmin Qocamanlı
İlham Əliyev Katerina Sakellaropulunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulunu təbrik edib. 

"Operativ Media" xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.

Teqlər:

"İlham Əliyev Katerina Sakellaropulunu təbrik edib"

Əlaqəli Xəbərlər