https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan XİN ermənilərin Qarabağdakı təxribatları ilə bağlı bəyanat yayıb

25 Mart 2023 , 17:41
Azərbaycan XİN ermənilərin Qarabağdakı təxribatları ilə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin müvafiq nəzarət tədbirləri həyata keçirməsi ilə bağlı açıqlama yayıb. 

Bu barədə "Operativ Media"ya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib.

Məlum olduğu kimi, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb.

Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib.  

Qeyd edək ki, Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bazir nümunəsidir.

Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib.

Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.

Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir. 

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb

İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb

Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü olub - YENİLƏNİB

Kişineuda Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü olub - YENİLƏNİB

Azərbaycanda banklar niyə Rusiya rublunu dəyişmirlər?

Azərbaycanda banklar niyə Rusiya rublunu dəyişmirlər?

XƏBƏR LENTİ
  • 08:28

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 08:20

    "Sevilya" Avropa Liqasının qalibi oldu
  • 07:09

    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
    Kiyevdə bombalanması 3 nəfərin həyatına son qoydu, 14 nəfər yaralandı
  • 07:06

    İtaliya Baş Naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib
  • 07:04

    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
    Türkiyədə atışma olub, 5 nəfər yaralanıb
  • 06:49

    Səudiyyə Ərəbistanında qum fırtınası həyatı iflic edib
  • 06:47

    Dünyanın ən hündür zirvəsi zibilliyə dönüb
  • 06:45

    ABŞ-da Amazon şirkətinin işçiləri ixtisarlara və ekologiyaya dəymiş ziyana görə etiraz edib
Menyu