http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sülh yolunu da Azərbaycan özü açacaq - ŞƏRH

25 Mart 2023 , 18:36
Sülh yolunu da Azərbaycan özü açacaq - ŞƏRH

Hər bir münaqişə və ya müharibənin sonunda sülh olmalıdır. Hətta Fransa və İngiltərə arasında orta əsrlərdə baş vermiş 100 illik müharibənin sonunda da sülh oldu. Bu aksiomadır.


Ermənistan nə istəyir?


30 ilə yaxın müddət ərzində yəni 1994-cü ildən sonra danışıqlar prosesinin gedişi onu göstərmişdi ki, Ermənistan sülh istəmir, ədalət axtarışında deyil, normal qonşuluq münasibətləri ölkənin siyasi kursuna zidd sayılır. Bunun nəticəsidir ki, Azərbaycan işğal altında olan torpaqlarını siyasi güclə, hərbi gücünün sintezi ilə azad etdi. Həyatda ədaləti bərpa etmək üçün bəzən güc tətbiq etmək lazım olur. Azərbaycan lazım olanı etmişdı. İndi isə bölgəyə sülh lazımdır. Azərbaycan bunu istəyir. Ermənistan isə həm Qarabağdakı ermənilər, həm də Ermənistan ərazisində yaşayan ermənilərin dili və əli ilə sülhə əl qoymur. Əllərində silah, sursat tutulduğu erməni silahlıları Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi yerlərdə var. Bu hallar müşahidə kameralarının obyektivindən və Azərbaycanın gözündən yayınmır. 


Gözlər sülh müqaviləsində olduğu vaxtda normal münasibətləri gözü götürməyənlər kimdir?


Son zamanlar ABŞ və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üçün danışıqların yüksək mərhələsi barədə bəyanatları, Azərbaycanıın sülh müqaviləsi ilə bağlı müddəaları Ermənistan tərəfinə göndərdiyi vaxtda Qarabağda ermənilərin atışkəsi pozması, Ermənistan ərazisindən Azərbaycan istiqamətinə təhlükəsizliklə bağlı narahatlıqların yaranması onu göstərir ki, regionda 30 illik işğal və uzun-uzadı danışıqları arzu edənlər var. Onlar bu arzularını reallaşıdırmaq istəyir. Maraqlıdır ki, Azərbaycan sülh proseslərini sürətləndirdiyi zamanda rus sülhməramlıları Qarabağda atəşkəsin pozulduğunu bildirir, İran sərhədlərində təlim keçirməyə başlayır, eskalasiyaya əl atır. Üstəlik Zəngəzur dəhlizinin reallaşmasının qarşısını alır. BMT və ATƏT faktaraşdırıcı missiyası isə Laçın dəhlizinə gəlməyi düşünür. Bütün bunların cəmini hesablasaq, bu sülhə doğru addımdır yoxsa sülhdən qaçışdır?!

Qaçmaq üçün dəhiz var.

Azərbaycan tərəfi dəfələrlə sülhə sadiq olduğunu bəyanatlarla bildirib, bunun mexanizmini izah edib. İstər ermənilərin təhlükəsizliyi, istərsə də sərhədlərin müəyən edilib, təhlükəsizliyini təmin etmək baxımından. Vəziyyətə baxanda mövcud Ermənistan ya özü, ya da o dövlətin siyasətinə qarışanlar sülh prosesi işini də qarışdırmaq istəyir. Qarışıqlıq salmaq istəyənlər, normal həyat istəməyənlər üçün dəhliz var. Azərbaycan dəhlizi məqsədlər üçün açdığı kimi, çıxıb getmək istəyənlər üçün də yolu açır. Başqa sual yarandığı halda isə, sülhə gedən yolu da Azərbaycan özü açıb, özü də tamamlayacaq. Çünki iqtisadi, siyasi, hərbi güc Azərbaycandır, Qarabağ Azərbaycandır! Olduğu kimi.

Samir Cabbarov – Operativ Media

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə  edilib

Ceyhun Bayramov və Qətərin yeni səfiri arasında bölgədə mövcud vəziyyət müzakirə edilib

Britaniya, Fransa, Niderland və Almaniya səfirləri İran XİN-nə çağırılıb

Britaniya, Fransa, Niderland və Almaniya səfirləri İran XİN-nə çağırılıb

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb

Ceyhun Bayramov Əlcəzairin yeni səfiri ilə görüşüb

XƏBƏR LENTİ
  • 22:56

    Paşinyan Blinkenlə sülh prosesini müzakirə edib
  • 22:32

    Taxıl daşıyan gəmidə partlayış baş verib
  • 22:12

    Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
  • 21:41

    Ukraynalı ekspert Rusiyanın Kursk bölgəsini geri almaq üçün nə qədər qoşun topladığını bildirib
  • 21:19

    Bayden Ukraynanın Rusiyaya Fırtına Kölgəsi raketləri atmağına icazə verəcək
  • 21:03

    Bakıda qəza sıxlığa səbəb olub
  • 20:59

    Putin: Qərbin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir
  • 20:31

    Putin: NATO Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməmək barədə qərar verir
Menyu