27 Mart 2023, 12:20
İsrailin ən böyük havalimanı etirazlara görə uçuşları dayandırıb

İsraildə ölkənin ən böyük hava limanı olan Ben Quriondan aksiyalara görə uçuşları dayandırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü axşam mübahisəli məhkəmə tənzimləməsinə son qoymağa çağıran müdafiə naziri Yoav Gallantı istefaya göndərib.
İsraildə on minlərlə nümayişçi Təl-Əviv, Qərbi Qüds, Hayfa və Netanya kimi böyük şəhərlərdə hökumətin mübahisəli məhkəmə tənzimləmələrinə qarşı etiraz aksiyaları keçirir.