27 Mart 2023, 13:35
Burkina Fasoda France 24 telekanalının yayımı dayandırılıb
Burkina Fasoda France 24 telekanalının yayımı dayandırılıb şəkil
Burkina Fasoda France 24 telekanalının yayımı dayandırılıb

Burkina Fasoda “Əl-Qaidə” terror təşkilatına bağlı qruplaşmanın lideri ilə müsahibə aldığı üçün “France 24” telekanalının yayımı dayandırılıb.

"Operativ Media" xəbər verir ki, hökumətdən verilən yazılı açıqlamada “France 24” telekanalının terror qruplaşmasının lideri ilə müsahibə apararaq terrorçuların sözçüsü kimi çıxış etdiyi və terroru qanuniləşdirdiyi qeyd edilib.

Bəyanatda bildirilib ki, bu səbəblərdən ölkə ərazisində “France 24” telekanalının yayımları qeyri-müəyyən müddətə dayandırılıb.

Ayın əvvəlində France 24, Məğribdə Əl-Qaidənin (AQIM) lideri olduğu iddia edilən Əbu Ubeyde Yusuf əl-Anabi kimi tanınan Yezid Mabarak ilə müsahibə yayıb.

Əl-Anabi 2020-ci ildə Fransanın hava hücumu nəticəsində öldürülən qruplaşmanın lideri Əbdülməlik Drukdelin yerinə keçmişdi.

 

Son xəbərlər
Məsud Pezeşkian Azərbaycan səfəri öncəsi AzTV-yə müsahibə verib
Bakıda külək attraksionu aşırıb
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı