Menyu

İsraildə etirazlara səbəb olan qanun layihəsində nələr nəzərdə tutulub?

Redaksiya
İsraildə etirazlara səbəb olan qanun layihəsində nələr nəzərdə tutulub?

İsraildə 12 həftədir məhkəmə islahatlarına qarşı etirazlar davam edir. 

“Operativ Media” xəbər verir ki, Netanyahu hökumətinin məhkəmə islahatı təklifinə görə, parlament Ali Məhkəmə hakimlərinin seçimini müəyyənləşdirə bilər. Eyni zamanda, məhkəmə hökumətin qəbul etdiyi qərarları ləğv edə bilməz. 

Etirazçılar bildirirlər ki, bu, məhkəmələrin müstəqilliyini itirməsi deməkdir. 

İsrailin keçmiş müdafiə naziri Galant da islahatları dayandırmağı təklif edib. 

Bundan sonra Netanyahu müdafiə nazirini istefaya göndərib. Bildirib ki, hansısa fikir ayrılığına görə, gələcəyi təhdid altına atmaq olmaz. 

Bununla da İsraildə etirazlar daha da genişlənib. Müxtəlif sahələr tətil elan ediblər. Hətta həkimlər də islahatlar dayanana qədər tətil edəcəklərini bildiriblər. 

Nəhayət bu gün Netanyahu fraksiya liderləri ilə görüşdən sonra İsrail hökuməti koalisiyasının rəhbərinə məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu bildirib.

 


 

Teqlər:

"İsraildə etirazlara səbəb olan qanun layihəsində nələr nəzərdə tutulub?"

Əlaqəli Xəbərlər