Ermənistan və Azərbaycan sülh danışıqlarını hansı üsulla aparır?
Redaksiya
Bir müddət əvvəl Ermənistanın xarici işlər nazirinin sülh müqaviləsi ilə bağlı müzakirələrin aparılması məqsədilə Moskvada təşkil edilən görüşdən imtina etməsindən sonra Azərbaycan xarici işlər naziri bildirmişdi ki, Ermənistanla danışıqlar "onlayn diplomatiyaya" keçib.
"Operativ Media" xəbər verir ki, məsələ ilə bağlı "Sputnik Ermənistan" Ermənistanın Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Hazırda davam etdirilən danışıqların formatı açıqlanmayıb, amma bildirilib ki, tərəflər arasında sülh müqaviləsi ilə bağlı təkliflər diplomatik kanallar vasitəsilə ötürülür.
Teqlər:
"Ermənistan və Azərbaycan sülh danışıqlarını hansı üsulla aparır?"