BMT: Nüvə silahının yayılması ciddi narahatlıq doğurur
Nərmin Qocamanlı
Nüvə silahlarının yayılması Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planı ilə bağlı ciddi narahatlıq doğurur.
"Operativ Media" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Departamentinin rəhbəri Rolando Qomez mətbuat konfransı zamanı bildirib.
"Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirmək planını açıqladıqdan sonra bu gün Belarus belə bir qərarın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə zidd olmadığını açıqladı. Bu vəziyyəti necə qiymətləndirirsiniz?" "Biz bu xəbərləri gördük. Nüvə silahlarının yayılması ciddi narahatlıq doğurur. Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmək hər bir üzv dövlətin məsuliyyətidir. Biz bu vəziyyəti çox diqqətlə izləyirik". o cavab verib.
Teqlər:
"BMT: Nüvə silahının yayılması ciddi narahatlıq doğurur"