Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb
Nərmin Qocamanlı
28 mart 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.
Teqlər:
"Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb"