28 Mart 2023, 20:52
Ceyhun Bayramov İsrailə səfər edib
Ceyhun Bayramov İsrailə səfər edib şəkil
Ceyhun Bayramov İsrailə səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan xarici işlər nazirini gətirən təyyarə Təl-Əvivin Ben Qurion hava limanına enib.

XİN başçısını hava limanında İsrail XİN rəsmiləri, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, İsrailin Azərbaycandakı səfiri Corc Dik qarşılayıb.

Qeyd edək ki, Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində Azərbaycanın İsraildəki səfirliyinin açılışında iştirak edəcək. Azərbaycan XİN başçısı İsraildə yüksək səviyyəli görüşlər keçirəcək.

Azərbaycan XİN başçısının regiona səfəri çərçivəsində martın 30-da fələstinli həmkarı ilə də görüşü planlaşdırılır.

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır