28 Mart 2023, 21:22
Xələf Xələfov: "Ermənistan 44 günlük müharibənin nəticələrindən irəli gələn öhdəliklərə əməl edəcək"
Xələf Xələfov: "Ermənistan 44 günlük müharibənin nəticələrindən irəli gələn öhdəliklərə əməl edəcək" şəkil
Xələf Xələfov: "Ermənistan 44 günlük müharibənin nəticələrindən irəli gələn öhdəliklərə əməl edəcək"

"Gərginlik yaratmaq, təxribat törətmək, Qarabağda yaşayan ermənilər arasında separatizmi qızışdırmaq, bu ərazilərə qanunsuz olaraq silah-sursat daşımaq, bu ərazilərdən çıxarılmalı olan qanunsuz hərbi birləşmələri gücləndirmək kimi pozucu fəaliyyətlərindən hələ də əl çəkmirlər".

"Operativ Media" xəbər ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Yunanıstanın Milli Günü münasibətilə tədbirdə çıxışı zamanı deyib.

"Bütün bunların bircə cavabı var: Ermənistan 44 günlük müharibənin nəticələrindən irəli gələn öhdəliklərə əməl edəcək.

Ümid edirik ki, qonşumuz Ermənistan bütün deyilənlərdən, Azərbaycanın və bütün beynəlxalq ictimaiyyətin sülhün bərqərar olması üçün, problemlərin tez bir zamanda həlli üçün, sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və bütün kommunikasiyaların açılması kimi münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylərdən düzgün nəticə çıxaracaq", - Xələf Xələfov qeyd edib.

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır