Fazil Mustafanın güllələnməsi ilə bağlı Baş prokurorun birinci müavini hadisə yerinə gəlib
Redaksiya
Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb.
"Operativ Media" xəbər verir ki, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.
Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.
Teqlər:
"Fazil Mustafanın güllələnməsi ilə bağlı Baş prokurorun birinci müavini hadisə yerinə gəlib"