Rusiya və İran XİN başçıları arasında görüş başlayıb
Nərmin Qocamanlı
Moskvada Rusiya və İranın xarici işlər nazirləri arasında görüş başlayıb.
"Operativ Media" xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında danışıqlar Rusiya XİN-nin Qəbullar Evində keçirilir.
Lavrov-Abdullahian danışıqlarında iki ölkə arasında münasibətlər, İranın nüvə proqramı, Suriya, Əfqanıstandakı vəziyyət, Yaxın Şərq, Cənubi Qafqaz və Xəzər problematikası müzakirə olunacaq.
Teqlər:
"Rusiya və İran XİN başçıları arasında görüş başlayıb"