Menyu

Aİ ölkələri cinayətkarların hesab məlumatlarını paylaşacaq

Redaksiya
Aİ ölkələri cinayətkarların hesab məlumatlarını paylaşacaq

Avropa Birliyinə (Aİ) üzv ölkələr mərkəzi sistem quraraq bütün Birlik ölkələrində cinayətkarların bank hesabı məlumatlarını paylaşmağa hazırlaşır.

“Operativ Media” xəbər verir ki, bu çərçivədə qurulacaq mərkəzi sistem Aİ ölkələrindəki səlahiyyətlilərin cinayətlə əlaqəsi olan şəxslərin maliyyə məlumatlarına daha asan çıxışını təmin edəcək.
Mərkəzi bank hesablarının qeydiyyatı sistemində kimin hansı ölkədə və bankda hesabı olduğu daxil olmaqla müxtəlif məlumatlar olacaq.
Beləliklə, üzv ölkələrin çirkli pulların yuyulmasına qarşı mübarizəsi artırılacaq.
Bu mərhələdən sonra tənzimləmə üzv dövlətlər və Avropa Parlamenti (AP) arasında danışıqlar yolu ilə yekun şəklini alacaq.

Teqlər:

"Aİ ölkələri cinayətkarların hesab məlumatlarını paylaşacaq"

Əlaqəli Xəbərlər