29 Mart 2023, 16:47
Mədət Quliyev: ABŞ Azərbaycandan silah-sursat alır
Mədət Quliyev: ABŞ Azərbaycandan silah-sursat alır şəkil
Mədət Quliyev: ABŞ Azərbaycandan silah-sursat alır

"Hətta ABŞ-ın özü bizdən və digər dövlətlərdən silah-sursat alır".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

“Bu vəzifəyə təyin olunanda mənə tapşırıqlar verildi. Həmin tapşırıqlar barədə dəfələrlə mətbuatda danışmışam: Bizə daha çox yaxın olan Türkiyə və İsrail dövlətləri ilə yaxından münasibətlər qurmaq, onların müdafiə sənaye komitələri ilə əlaqə qurmaq və bir yerdə işləmək. Biz bu illər ərzində birlikdə işləyirik. Bu, Vətən müharibəsində də özünü göstərdi.

İstənilən qədər hazırlığımız var idi. Lakin buna baxmayaraq, bu sahədə istiqamətimiz dünyada ən inkişaf etmiş dövlətlərlə bir yerdə işləməkdir. Biz bu istiqamətdə də işləyirik.

Bu baxımdan heç bir dövlət ola bilməz ki, silah baxımından heç bir dövlətdən asılı olmasın. Hətta ABŞ-ın özü bizdən və digər dövlətlərdən silah-sursat alır. Bu, sadəcə bir işdir, ümumi bir istiqamətdir. Biz də burada aktiv işləyirik”, - nazir vurğulayıb.

Son xəbərlər
Somali Nazirlər Şurası Azərbaycanla əməkdaşlıq sazişlərini təsdiqləyib
İtaliya Qəzzaya 15 ton humanitar yardım göndərib
"Liverpul" İngiltərə Liqa Kubokunda finala yüksəlib
Tramp BCM-nin əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib
Azərbaycanın Los-Ancelesdəki baş konsulu səudiyyəli həmkarı ilə görüşüb
Azərbaycan millisi Belçikaya məğlub oldu
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür