http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Ceyhun Bayramov İsaak Hersoqla görüşüb - YENİLƏNİB

30 Mart 2023 , 13:57
Ceyhun Bayramov İsaak Hersoqla görüşüb - YENİLƏNİB

Martın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin Prezidenti İshak Hersoq tərəfindən qəbul edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Görüşdə, Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional və beynəlxalq vəziyyət müzakirə olunub. 

C.Bayramov, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, təhsil, yüksək texnologiyalar, kiber təhlükəsizlik və s. sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edərək, münasibətlərin inkişafında Azərbaycan və İsrail liderləri arasındakı sıx təmasların mühüm rol oynadığını qeyd edib. 

2021-ci ildə Azərbaycan Respublikasının İsrail Dövlətində Ticarət və Turizm nümayəndəliklərinin, 2023-cü ildə isə Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin açılmasının iki ölkə arasında münasibətlərin inkişafının göstəricisi olduğu diqqətə çatdırılıb. 

Azərbaycan və İsrail arasında keçirilən müntəzəm siyasi məsləhətləşmələrin və yüksək səviyyəli səfərlərin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli rol oynadığı vurğulanıb. 

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq barədə ətraflı məlumatlandırıb. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar, öz öhdəliklərindən boyun qaçırmaqla danışıqların imitasiyası, mina təhdidini davam etdirilməsi, öhdəliklərinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycandan çıxarmadığı barədə məlumatlar təqdim olunub. Ermənistanın son həftələrdə təcavüzkar ritorikanı və fəqliyyəti davam etdirdiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, habelə erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğu bildirilib.

Prezident İshak Hersoq, İsrailin öz strateji tərəfdaşı qismində Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini diqqətə çatdırıb. İki ölkənin xalqları arasında mövcud olan dostluq və həmrəylik ənənələrinin bugün ölkələrimiz arasında inkişaf edən münasibətlərin mühüm tərkib hissəsi olduğu bildirilib. Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə məmnunluqla qeyd edilib. Azərbaycanın İsraildə Səfirliyinin açılmasının münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynayacağına dair əminlik ifadə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

***

12:49

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail dövlətinin prezidenti İsaak Hersoqla görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə  Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov tviterdə paylaşım edib.

Müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair fikirlər, o cümlədən. təhlükəsizlik, iqtisadiyyat, təhsil, mədəniyyət, innovasiyalar barəsində fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN Maltanı təbrik edib

Azərbaycan XİN Maltanı təbrik edib

Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
Menyu