Rəsmi Bakı: İran tərəfinin təhdidləri bizi qorxuda bilməz
Nərmin Qocamanlı
"İran tərəfinin təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz".
"Operativ Media" Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti idarəisinin rəisi Ayxan Hacızadə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin iddialarına cavabında deyib.
"İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaqdır", - XIN sözcüsü qeyd edib.
Teqlər:
"Rəsmi Bakı: İran tərəfinin təhdidləri bizi qorxuda bilməz"