Menyu

Azərbaycan və Qazaxıstan Baş nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Qazaxıstan Baş nazirləri arasında telefon danışığı olub

Martın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

"Operativ Media"a xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat  xidməti məlumat yayıb.  

Baş nazir Əli Əsədov Alixan Smailovu yenidən Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı əsnasında iki ölkə arasında dostluq münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının perspektivləri müzakirə olunub.

Teqlər:

"Azərbaycan Qazaxıstan Baş nazirləri arasında telefon danışığı olub"

Əlaqəli Xəbərlər