http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İslam donu, ilan xisləti...

31 Mart 2023 , 17:00
İslam donu, ilan xisləti...
Karikaturanın müəllifi Yasir Əhməddir

Siyasətin açıq olması ölklərin hansı yolu tutduğunu göstərir. Bəyənatı bir cür verib, başqa cür addımlar atan ölkələr dünya siyasi meydanında çox az müddətdə qarşılıqlı etimad ünvanı sayıla bilər. Yalanın ömrü 40 gün olduğu kimi. İran da belədir. Mövcudluğu, atdığı addımların 40-ı çıxmır.

40 ildən çoxdur ki, qaraya bürünən İranın əmmamə və çadra altından su yeritməsi çox keçmir ki, hamı və hər kəs üçün aydınlaşır. Özündən nəinki 4 km, hətta 4000 km-də olan ölkələrin işinə qarışan İranın ilan əməlləri aşkara çıxanda girməyə yuva axtarır. Yuva demişkən, məsələn İraqda terror yuvası quran İranın generalı Qasım Süleymanı Bağdadda zərərsizləşdiriləndə, ölkə qərbə cavab verəcəyini açıqladı. Amma açıqlama vermədi ki, Süleymani İraqda nə gəzir? Mətni yazarkən, Suriyada SEPAH-a aid hərbi məsləhətçinin də zərərsizləşdirildiyi xəbərini oxudum. Suriyda İranın hərbçisi nə gəzir? Həmin ölkələrə baxanda İran və digər müttəfiqləri həmin ərazilərdə şəbəkə qura biliblər ki, islama təhdid var, çadra-cübbə altından şuluq işlər görsünlər. 

Amma Azərbaycan İranın düşündüyü deyil. Ölkə parlementinin deputatı Fazil Mustafaya təşkil edilən silahlı hücumu sona çatdıra bilməməkləri, istintaqın gedişində İrana aid şəbəkənin bu silahlı hücumda əli olmasının müəyyənləşməsi ilan xislətinin Azərbaycanda keçə bilməyəcəyi deməkdir.

Mehriban qonşuluq siyasətdən danışan İran rəsmilərinin dili anında dəyişir- təxribat, hədə-qorxu, məhvetmə, hərbi güc nümayişindən danışır. Oruc ağızları yalan danışan iranağızlılara qarşı Azərbaycanın dayanıqlığı, mübarizə gücü, açıq siyasəti var. 

Samir Cabbarov.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:08

    Şəmkirdə qanunsuz tikili sökülüb
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
Menyu