http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan XİN Fransanın növbəti təxribatına cavab verib

31 Mart 2023 , 17:54
Azərbaycan XİN Fransanın növbəti təxribatına cavab verib

Azərbaycanın keçmiş işğal altında olan ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi” ilə qeyd edilən görüş qanunsuz rejimin təbliğatına hesablanıb və Azərbaycanın suverenliyi və ərazı bütövlüyünə qarşı fəaliyyət kimi qiymətləndirilir.

"Operativ Media" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədrinin açıqlamasına dair "Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədri Loran Vokye Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi özünü təqdim edən Sergey Kazaryan ilə Yerevanda görüşü zamanı təmsil etdiyi regionun dəstəyi və bayrağı altında Fransanın erməni icmasının təşkilatları ilə birgə humanitar yardım konvoyunun Laçın yolundan keçirəcəyini bildirib. Bu fikirləri necə şərh edərdiz?" sualına cavabında deyib.

O bildirib ki, Fransanın rəsmi qurumları bu kimi təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır.

Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də beynəlxalq tanınmış qaydalara və normalara uyğun olaraq, Azərbaycanın suveren ərazilərində hər hansı bir humanitar fəaliyyət Azərbaycan hökuməti ilə razılaşdırılmalı və əlaqələndirilməlidir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 11:08

    Şəmkirdə qanunsuz tikili sökülüb
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
Menyu