01 Aprel 2023, 20:49
Zelenski və Makron telefonla danışıb

Ukrayna prezidenti Volodimir Zelenski və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Volodimir Zelenski tviterdə bildirib.
"Emmanuel Makronla bir saatlıq görüşdə Ukrayna və Fransa arasında müdafiə sahəsində əməkdaşlığı ətraflı müzakirə etdik. Cəbhədəki vəziyyətlə bağlı ətraflı məlumat verdim", - Zelenski bildirib.