http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ceyhun Bayramov italiyalı həmkarı ilə görüşüb

03 Aprel 2023 , 17:41
Ceyhun Bayramov italiyalı həmkarı ilə görüşüb

3 aprel 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.

Tərəflər həmçinin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, o cümlədən enerji və nəqliyyat layihələrində, o cümlədən alternativ enerji layihələri istiqamətində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın 30 il ərzində ərazilərimizin işğalı nəticəsində törətdiyi vandallıqlar, 2020-ci il müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri barədə italyan nazir müavinini məlumatlandırıb. Bununla yanaşı, Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq sülh prosesinə qarşı törətdiyi maneələr, siyasi və hərbi təxribatları, davam edən mina təhdidləri qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir müavini Edmondo Çirielli Azərbaycanın İtaliya üçün strateji tərəfdaş olduğunu qeyd edərək, münaqişənin başa çatması ilə bütün bölgədə yeni dövrün başladığını və daha əlverişli imkanların yarandığını qeyd edib. O, həmçinin iki ölkə arasında münasibətlərin hərtərəfli genişləndirilməsi üçün yeni imkanlar və əməkdaşlığın inkişaf perspektivləri barədə danışıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
Menyu