Menyu

Milli Məclis Fransaya qarşı bəyanat qəbul etdi - YENİLƏNİB

Nərmin Qocamanlı
Milli Məclis Fransaya qarşı bəyanat qəbul etdi - YENİLƏNİB

Milli Məclis Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı bəyanat qəbul edib.

"Operativ Media” xəbər verir ki, bəyanat layihəsinin mətnini layihənin hazırlanması üçün yaradılmış komissiyanın üzvü deputat Sevil Mikayılova səsləndirib.

Çıxışdan sonra bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

 

***

11:59

Milli Məclis Fransa senatının Azərbaycana qarşı son zamanlar qəbul etdiyi qərarlarla bağlı bəyanat layihəsi hazırlayacaq.

"Operativ Media" xəbər verir ki, layihənin hazırlanması üçün yaradılacaq komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.

Parlament sədrinin birinci müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri deputatlar Ziyafət Əsgərov, Elşən Musayev, Əziz Ələkbərli və Sevil Mikayılova bəyanat layihəsini hazırlasın.

Teqlər:

"Milli Məclis Fransaya qarşı bəyanat qəbul etdi - YENİLƏNİB"

Əlaqəli Xəbərlər