ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə İsveç xarici işlər naziri Tobias Billström ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Blinken tviterdə bildirib.
"İsveç xarici işlər naziri Tobias Billströmu bu gün Brüsseldə görmək və ABŞ-Aİ əməkdaşlığı və Ukraynaya dəstəyimizi müzakirə etmək xoşdur. İsveç NATO Alyansına qoşulmağa hazırdır", - ABŞ dövlət katibi qeyd edib.