Azərbaycanla Monteneqro arasında saziş təsdiq edilib
Nərmin Qocamanlı
Azərbaycanla Monteneqro arasında saziş təsdiq edilib.
"Operativ Media"nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin aprelin 4-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Belə ki, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
Teqlər:
"Azərbaycanla Monteneqro arasında saziş təsdiq edilib"