Menyu

Hindistan Çinin mübahisəli yerlərin adının dəyişdirilməsi cəhdini rədd edir

Nərmin Qocamanlı
Hindistan Çinin mübahisəli yerlərin adının dəyişdirilməsi cəhdini rədd edir

Hindistan, Arunaçal Pradeş əyalətində Çin və Hindistan arasında mübahisəli yerlərin adının dəyişdirilməsi cəhdlərinə görə Çini tənqid edib.

"Operativ Media" BBC-yə istinadən xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Bağçi, Çinin sözügedən əyalətdəki mübahisəli sərhəd bölgəsi boyunca 11 yerin adını dəyişməsindən sonra açıqlama verib.

O, verdiyi açıqlamada, "Çin ilk dəfə belə bir cəhd etmir. bunu tamamilə rədd edirik", - deyə bildirib.

Qeyd edək ki, Çin hələlik mövzu ilə bağlı şərh verməyib.

Teqlər:

"Hindistan Çinin mübahisəli yerlərin adının dəyişdirilməsi cəhdini rədd edir"

Əlaqəli Xəbərlər