http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ceyhun Bayramovun UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri Rita Bissonaut ilə görüşü olub

04 Aprel 2023 , 16:54
Ceyhun Bayramovun UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri Rita Bissonaut ilə görüşü olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlimdə iştirak məqsədilə Azərbaycana səfər edən UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri Rita Bissoonauth və Qvineya Respublikası, Konqo, Kot-d’İvuar, Niger, Benin, Toqo, Burkina Faso, Ekvatorial Qvineya, Cibuti, Qabonun UNESCO üzrə Milli Komissiyalarının baş katibləri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə, Azərbaycan və Afrika ölkələri arasında çoxtərəfli, o cümlədən UNESCO çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyinin əlaqələrin daha da inkişafına töhfə verdiyini bildirərək, Azərbaycanın cari ilin mart ayında Bakıda keçirilən QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək göstərmək məqsədilə, 2 fond üzrə qlobal çağırış bəyan etdiyini diqqətə çatdırıb.

Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini bildirən nazir Ceyhun Bayramov, bu xüsusda, Azərbaycanın donor ölkə qismində təhsil, mədəniyyət, idman və elm sahələrində UNESCO ilə yaxından əməkdaşlıq etdiyini bildirib. Bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi sahəsində Afrika ölkələrinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri üçün keçirilmiş təlim proqramının faydalı olacağına dair inam ifadə olunub.

Azərbaycanın COVID-19 pandemiyası dövründə qlobal təhsil koalisiyasının üzvü kimi dünyanın müxtəlif ölkələrində həyata keçirilən təhsil layihələrinə dəstək verdiyini bildirən nazir Ceyhun Bayramov, xüsusilə bir sıra ölkələrdə qızların təhsil almasına yönələn fəaliyyətlərin təşviqinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov, həmçinin təlim iştirakçılarını 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, Azərbaycanın post-münaqişə dövründə bölgədə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanla sülh prosesi barədə məlumatlandırıb. Post-münaqişə dövründə Ermənistan tərəfindən sülh prosesinə maneçilik törədən hərbi-siyasi təxribatların törədilməsinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı olduğu diqqətə çatdırılıb.

UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri Rita Bissoonauth, Afrikanın 10 ölkəsinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri üçün nəzərdə tutulmuş təlim proqramının təşkilinə görə təşəkkür edib. Sözügedən təlim proqramının UNESCO çərçivəsində Azərbaycan və Afrika ölkələri arasında əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacağı diqqətə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu