Menyu

Ruisya və Çin Baş nazirləri arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Ruisya və Çin Baş nazirləri arasında telefon danışığı olub

Rusiyanın Baş naziri Mixail Mişustin ilə Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsyanq arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

Mixail Mişustin Li Tsyanqı Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Hökumət başçıları ÇXR liderinin martın 20-22-də Rusiya Federasiyasına dövlət səfəri zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqlarda əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin vacibliyini vurğulayıblar. 

Mixail Mişustin Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin getdikcə möhkəmlənməsindən məmnunluğunu ifadə edib.  
 

Nərmin Qocamanova

Teqlər:

"Ruisya Çin Baş nazirləri arasında telefon danışığı olub"

Əlaqəli Xəbərlər