Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib.
"Operativ Media" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.
***
09:46
Azərbaycan prezidenti tacikistanlı həmkarının dəvəti ilə Düşənbəyə səfər edib və ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə möhkəmləndirilməsi məsələlərini müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Taciksitan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.