Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İslandiya XİN başçısı Thordis Kolbrun Reykfjord Gylfadottir ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Çavuşoğlu özünün tvitter hesabında bildirib.
"İslandiyalı həmkarımla İslandiyada keçiriləcək Avropa Şurası Sammitinə hazırlıq və turizm əlaqələrimizi müzakirə etdik, zəlzələdən sonra onlara göstərdikləri dəstəyə görə təşəkkür etdik", - diplomat qeyd edib.