Menyu

Britaniya səfiri Azərbaycanın "Avroviziya-2023" təmsilciləri ilə görüşüb - VİDEO

Nərmin Qocamanlı 464 baxış
Britaniya səfiri Azərbaycanın "Avroviziya-2023" təmsilciləri ilə görüşüb - VİDEO

Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın "Avroviziya-2023" təmsilciləri olan Tural və Turan Bağmanov qardaşları ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Britaniya səfiri tviterdə paylaşım edib.

"Azərbaycandan Liverpula necə getmək olar? Bunu öyrənmək üçün "Eurovision 2023"də Azərbaycanı təmsil edən əkiz qardaşlarla görüşmək üçün Qafqaz dağlarında yerləşən Zaqatala şəhərinə getdim", - paylaşımda deyilir.

Qeyd edək ki, "Avroviziya-2023" Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək. Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər.

Xatırladaq ki, "Avroviziya-2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Onu da qeyd edək ki, Azərbaycan təmsilciləri  “Eurovison 2023”də birinci yarımfinalda 12-ci sırada çıxış edəcəklər.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər