05 Aprel 2023, 16:25
Misir Prezidenti: Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazırıq
Misir Prezidenti: Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazırıq şəkil
Misir Prezidenti: Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazırıq

Aprelin 4-də Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov etimadnaməsini Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisiyə təqdim edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı (MƏR) səfirliyi məlumat yayıb.

Təqdimat mərasimində səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Misir Prezidentinə çatdırıb. Qeyd edib ki, cari ilin yanvar ayında Misir Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açıb. Azərbaycan tərəfinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə daim hazır olduğunu bildirib.

Öz növbəsində Əbdülfəttah Əs-Sisi, onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Xalqların rifahı naminə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə Misir tərəfinin hazır olduğunu diqqətə çatdırıb.

Son xəbərlər
Gəncədə 35 yaşlı kişi bıçaqlanıb
Mirzoyan ATƏT-in baş katibi ilə görüşüb
Makron Böyük Britaniyaya səfər edəcək
Azərbaycan PL: "Şamaxı" "Kəpəz"i məğlub etdi
Abbas Əraqçi: ABŞ ilə danışıqlar səmərəli ola bilər
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 25 nəfər ölüb
ABL: "Gəncə" "Şəki"ni məğlub etdi
Binəqədidə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı