06 Aprel 2023, 17:59
Almaniyada dövlət qurumlarının rəsmi saytlarına kiberhücum edilib
Almaniyada dövlət qurumlarının rəsmi saytlarına kiberhücum edilib şəkil
Almaniyada dövlət qurumlarının rəsmi saytlarına kiberhücum edilib

Almaniyada bir çox ştatlarda dövlət qurumlarının rəsmi saytlarına kiberhücum edilib.

"Operativ Media" xəbər verir ki,  Almaniyanın Birinci Televiziya Kanalı ARD-ın xəbərinə görə, hakerlər tərəfindən həyata keçirilən hücumlar səbəbindən Şlezviq-Hosteyn əyalətinin rəsmi internet saytına müvəqqəti olaraq daxil olmaq mümkün olmayıb.

Xəbərdə Brandenburq əyalətində polis qüvvələrinin internet saytında fasilələr olduğu, əyalətin Daxili İşlər Nazirliyi və polis idarəsinin internet saytlarının Türingiyada haker hücumuna məruz qaldığı bildirilib.

Berlində hücumlar səbəbiylə əyalət administrasiyasının internet saytlarına girişin uzun sürdüyü, Saarland əyalət hökumətinin rəsmi səhifəsinə isə bir müddət girişin mümkün olmadığı açıqlanıb.

Berlin əyaləti Daxili işlər nazirliyi Rəqəmsallaşdırma üzrə müşaviri Ralf Kleindiek RBB Televiziya Kanalına bildirib ki, bu hücum əyalət hökumətinin internet saytlarına edilən ən böyük hücumdur.

Kleindeik hücum səbəbiylə internet infrastrukturunun təsirlənmədiyini və məlumatların oğurlanmadığını vurğulayıb.

 

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı