Fransa İrandan 6 fransızı dərhal sərbəst buraxmağı tələb edir
Redaksiya
Fransanın Avropa və Xarici İşlər Naziri Ketrin Kolonna dünən Pekində iranlı həmkarı Hüseyn Əmir-Abdollahian ilə danışıb.
"Operativ Media" Fransa XİN-ə istinadən xəbər verir ki, nazir İranın özbaşına həbsdə saxladığı altı fransızın dərhal azad edilməsini tələb edib.
Danışıqlarda İrandakı vəziyyət, bütün regional məsələlər və İranın nüvə proqramı da diqqət mərkəzində olub. Nazir Fransanın İran hakimiyyətinin müxtəlif mövzulara münasibətindən narahatlığını ifadə edib.
Teqlər:
"Fransa İrandan 6 fransızı dərhal sərbəst buraxmağı tələb edir"