
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Segey Lavrovla Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesini müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Çavuşoğlu Lavrovla keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Görüş zamanı Cənubi Qafqazdakı təhlükəsizlik məsələləri də müzakirə edilib.
Bundan başqa Çavuşoğlu Rusiyanın zəlzələ ilə bağlı dəstəyinə görə Lavrova təşəkkür edib.
Çavuşoğlu qeyd edib ki, Ukrayna- Rusiya müharibəsi tezliklə danışıqlarla bitməlidir: "Türkiyə olaraq əlimizdən gələn dəstəyi verməyə hazır olduğumuzu vurğuladıq".
Bundan başqa Çavuşoğlu bildirib ki, Rusiya taxılının və ixracının qarşısındakı maneələr də aradan qaldırılmalıdır: "Biz bu maneələrin aradan qaldırılması səylərini dəstəkləyirik".
Nərmin Qocamanova