http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Rəsmi Bakı İran XİN-ə cavab verib

08 Aprel 2023 , 15:01
Rəsmi Bakı İran XİN-ə cavab verib

İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır.

"Operativ Media" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İranın Azərbaycandakı səfirliyinin əməkdaşlarının persona non grata elan edilməsi ilə bağlı İran Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli iddialarına dair şərhində deyilir.

Azərbaycan tərəfindən görülmüş tədbirin qonşuluq prinsiplərinə zidd olduğu barədə İran tərəfinin iddiası ilə bağlı bildiririk ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət qonşuluq əlaqələri ilə uzlaşmır və atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir.

İslam həmrəyliyi dindən siyasi məqsədlər üçün istifadəni, müsəlman qonşuların daxili işlərinə müdaxiləni istisna edir, eyni zamanda digər müsəlman ölkənin ərazilərinin hərbi işğalına dəstəyi ehtiva etmir.

Azərbaycan öz qonşuları ilə münasibətləri daim qarşılılıq prinsipi əsasında qurub bu münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb. Azərbaycan tərəfindən görülən adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub.   

OXŞAR XƏBƏRLƏR
İtaliyanın müdafiə naziri ölkəmizə səfər edib

İtaliyanın müdafiə naziri ölkəmizə səfər edib

Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir

Daşkənddə Özbəkistan-Azərbaycan Media Forumu keçirilir

Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib

Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib

XƏBƏR LENTİ
  • 10:16

    Bakıda polisin “saxla” əmrinə tabe olmayıb qaçan şübhəlilər saxlanılıb
  • 10:14

    Bu ilin 8 ayında əlilliyi olan şəxslərə 71 min reabilitasiya vasitəsi verilib
  • 10:10

    İtaliyanın müdafiə naziri ölkəmizə səfər edib
  • 10:05

    Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək
  • 09:51

    Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
  • 09:40

    İsrailin şimalında yenidən hava hücumu sirenləri səslənib
  • 09:35

    KİV: Azərbaycan Hava Yolları Tel-Əvivə uçuşları dayandırıb
  • 09:35

    Serbiyada "Partizan" azarkeşləri baş məşqçiyə xəsarət yetirdilər
Menyu