Menyu

"Nyukasl Yunayted" "Monako"nun yarımmüdafiəçisi Bamba ilə müqavilə imzalayıb

Operativ Media
"Nyukasl Yunayted" "Monako"nun yarımmüdafiəçisi Bamba ilə müqavilə imzalayıb
1 dəq oxu

Fransanın "Monako" klubunun dayaq yarımmüdafiəçisi Alaci Bamba İngiltərənin "Nyukasl" komandasına transfer olunub.

​Operativ Media xəbər verir ki, bu barədə "sağsağanlar"ın mətbuat xidməti məlumat yayıb.

​20 yaşlı fransalı futbolçu yeni klubu ilə 2031-ci ilə qədər müqavilə bağlayıb. Transfer təfərrüatlarına toxunan "Transfermarkt" portalı keçidin 35,5 milyon avroya baş tutduğunu qiymətləndirib.

​İngiltərə təmsilçisində 8 nömrəli formanı seçən Bamba, "Monako"nun əsas heyətində debütünü 2025-ci ilin avqust ayında reallaşdırıb. Gənc oyunçu həmin dövrdən etibarən keçirdiyi 25 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər