Menyu

Vladimir Putin və Sadır Japarov arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Vladimir Putin və Sadır Japarov arasında telefon danışığı olub
1 dəq oxu

Rusiya prezidenti Vladimir Putin və Qırğızıstan prezidenti Sadır Japarov arasında telefon danışığı olub.

"Operativ Media" "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, ölkələrin liderləri ticarət-iqtisadi, maliyyə və humanitar sahələr də daxil olmaqla, qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafının bir sıra praktiki aspektlərini müzakirə ediblər.

Rusiyanın Aİİ-də və Qırğızıstanın MDB-də sədrliyi kontekstində Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin bəzi məsələlərinə toxunulub.

Putin və Japarov şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.

 

Nərmin Qocamanova

Əlaqəli Xəbərlər