Menyu

ATƏT sədri Gürcüstan XİN başçısı ilə Qara dəniz regionunda təhlükəsizliyi müzakirə edib

ATƏT sədri Gürcüstan XİN başçısı ilə Qara dəniz regionunda təhlükəsizliyi müzakirə edib
1 dəq oxu

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani aprelin 10-da Tbilisidə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bunu təşkilat rəhbəri tviterdə yazıb.

Tərəflər Qara dəniz regionundakı təhlükəsizlik məsələsini müzakirə ediblər.

“Gürcüstan ATƏT-in dəyərli üzvüdür. Biz real və hərtərəfli təhlükəsizlik üçün birlikdə işləməyə davam edəcəyik”, - B.Osmani vurğulayıb.

Qeyd edək ki, ATƏT sədri Gürcüstanda səfərdədir. O, növbəti günlərdə Azərbaycan və Ermənistana baş çəkəcək.

Əlaqəli Xəbərlər