10 Aprel 2023, 17:55
Kasım-Jomart Tokayev: "Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir"
"Qeyd etmək istərdim ki, Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir".
"Operativ Media" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Astanada Azərbaycan Prezidenti İlham Əliyev ilə məhdud tərkibdə görüşündə deyib.
"Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb. Fikrimcə, geniş tərkibdə görüşdə bu barədə danışacağıq. Bundan əlavə, müvafiq nazirlərin məruzələrini dinləyəcəyik, onlar görülmüş işlər barədə hesabat verməlidirlər, əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair planlar cızacağıq", - Azərbaycan Prezidenti bildirib.