http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

İlham Əliyev Bosniya və Herseqovinanın təhlükəsizlik nazirini qəbul edib

11 Aprel 2023 , 12:23
İlham Əliyev Bosniya və Herseqovinanın təhlükəsizlik nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Operativ Media" xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirilib, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulanıb.

Söhbət zamanı yüksək səviyyədə keçirilən görüşlərin münasibətlərimizin inkişafı və perspektivlərin müzakirəsi baxımından önəmi qeyd edilib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin ölkəmizə səfərinin bu işə töhfə verəcəyinə ümidvarlıq ifadə edilib.

Görüşdə COVID-19 dövründə, həmçinin Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi dəstək bir daha yüksək qiymətləndirilib.

OXŞAR XƏBƏRLƏR
Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür

Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür

Zaxarova: Moskva İrəvanla dialoqun tərəfdarıdır

Zaxarova: Moskva İrəvanla dialoqun tərəfdarıdır

“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib

“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib

XƏBƏR LENTİ
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
  • 15:12

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib
  • 15:11

    Agentlik: Bu ilin sonuna qədər 8700-ə yaxın şəxsə kənd təsərrüfatı üzrə aktivlər veriləcək
  • 14:57

    Portuqaliya meşə yanğınlarına görə milli matəm elan edib
  • 14:46

    Platini: Mənim nəslimdən olan adamlar daha futbola baxmırlar
  • 14:38

    Aİ Gürcüstanla vizasız rejimi dayandırmağı düşünür
  • 14:33

    Şəmkirdə 6 otaqlı ev yanıb
  • 14:30

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 3
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 3
Menyu