Aqil Abbas: “Prezidentin təltifi mənim üçün sürpriz oldu”
Nərmin Qocamanlı
"Mən çox sevincliyəm, dövlət başçımız əməyimizi dəyərləndirdi".
Bu sözləri “Operativ Media”ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
“Cənab Ali Baş Komandanın bu təltifi mənim dövlətçiliyə, xalqa daha yaxşı xidmət etmək üçün məsuliyyətimi, öhdəliyimi daha da artırdı. Mən həmişə dövlətimin, millətimin qulluğundayam. Bu mənim üçün sürpriz oldu" – deyə, deputat qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aqil Məhəmməd oğlu Abbasovu (Aqil Abbas) 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Ayşən Azadova
Teqlər:
"Aqil Abbas: “Prezidentin təltifi mənim üçün sürpriz oldu”"