Menyu

Ruben Rubinyan: Ermənistan-Türkiyə sərhədi yayda üçüncü ölkə vətəndaşları üçün açılacaq

Nərmin Qocamanlı
Ruben Rubinyan: Ermənistan-Türkiyə sərhədi yayda üçüncü ölkə vətəndaşları üçün açılacaq

"Üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin yayda açılması planlaşdırılır".

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi hazırda Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin işə salınması üçün texniki təchizat işləri aparır.

Vitse-spiker bildirib ki, iki ölkə sərhədində bu ilin fevralında razılaşdırılmış Ani körpüsünün bərpası ilə bağlı işlərə hələ başlanmasa da, məsələ qüvvədə qalır.

 

Nərmin Qocamanova

Teqlər:

"Ruben Rubinyan: Ermənistan-Türkiyə sərhədi yayda üçüncü ölkə vətəndaşları üçün açılacaq"

Əlaqəli Xəbərlər