Kuleba və Blinken arasında telefon danışığı olub
Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib.
Onun sözlərinə görə, telefon danışığı zamanı ABŞ dövlət katibi Ukraynaya dəstəyini bir daha təsdiqləyib və "Ukraynanın döyüş meydanında qalib gəlmə qabiliyyətinə şübhə yaratmaq cəhdlərini qətiyyətlə rədd edib. Ukraynanın etibarlı tərəfdaşı olan ABŞ bütün diqqətini qələbəmizi irəlilətməyə və ədalətli sülhü təmin etməyə yönəldib", - Kuleba paylaşımında qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net