http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sülh yolunu çalovla qazanlar – ŞƏRH

12 Aprel 2023 , 13:59
Sülh yolunu çalovla qazanlar – ŞƏRH

Sülhə nail olmaq üçün yol var və həmin yolun sonu, nəticəsi müqavilədir. Bununla da bütün mübahisələrə son qoyulur. Ərazi bütövlüyünü 2020-ci ildə qələbə ilə bərpa edən Azərbaycana sülh müqaviləsi nə qədər lazımdırsa, həmin ildə məğlub olan Ermənistana 5 qat daha çox lazımdır, həm də vacibdir. Amma ölkəyə bu lazım olan vaxtda niyə Azərbaycana qarşı Laçın iqtiqamətində təxribat törədilsin?

Sülh yolu ilə gedən Azərbaycana daş atmaq fikrinə kim düşüb?

Maraqlı məqamdır ki, Ermənistanla Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflərini rəsmi qaydada bir-birlərinə təqdim ediblər. Bunu Ermənistanın Baş naziri N. Paşinyan və digər rəsmilər bəyan ediblər. Hər iki tərəf bu sənədləri nəzərdən keçirir. Nəticə də o olmalıdır ki, hər iki tərəf ərazi bütövlüyünü sülh müqaviləsi ilə təsdiq etsin. Üstəlik, Qarabağda yaşayan ermənilərin nümayəndələri bir neçə gün əvvəl bildiriblər ki, Azərbaycan hakimiyyətinə danışıqlar üçün dəvət göndəriblər. Halbuki, Azərbaycan Qarabağdakı erməni nümayəndələrini Bakıya ölkənin qanunları çərçivəsində yaşayışı üçün danışıqlara dəvət edəndə onlar imtina etmişdi. Deməli, beyinləri ilə düşünməyə başlayanlar var. Belə bir məqamda, sülh prosesinin sürətləndiyi, Qarabağ ermənilərinin barışıq istəyi ilə bağlı qığılcımların olduğu zamanda sülh göyərçinini Texdə traktor çalovunun altına kim və hansı qüvvələr sala bilər? Təbii ki, iki ölkənin sülh bağlamasını istəməyənlər. Məsələn, Ermənistan ordusunun korpus komandiri o traktorun işinin sülh prosesinin işinə maneə yaradacağını bilməliydi və bilirdi. Deməli o özü təxribata zəmin hazırlayıb. Çünki orduda o cür rütbədə, vəzifədə olan şəxsin əmri olmadan adi hərbi qulluqçu iş görə bilməz. Ermənistan rəhbərliyi dəfələrlə biz təxribat törətmirik deyirsə, bəs ordunun korpus komandiri kimə tabedir? O kimin göstərişini yerinə yetirir? İkinci tərəfə işləyən hərbçi isə, həm də belə bir hərbi vəzifədə çalşandırsa deməli Ermənistanda özbaşınalıqdır. Yox əgər belə deyilsə, onda korpus komandiri özbaşınadır. Ermənistan tərəfindən cazalandırılması vacibdir. Üstəlik İran istahsalı dronlardan erməni tərəfinin istifadəsi vəziyyət barədə daha çox fikirləşməyə əsas verir. 

Ermənistan və digər qüvvələr üçün nəticə nə ola bilər?

Tex kəndi Gorus rayonunda, Zəngəzur mahalında yerləşir. 1926-cı ildə orada yaşayan azərbaycanlıları sonuncu nəfərinə qədər Sovet İttifaqı ermənilərin əli ilə doğma yurdlarılndan qovub. Kəndin adının mənası qışlaq deməkdir. Qışlaq da müvəqqəti yaşayış yeri anlamı daşıyır. Necə ki, Qarabağ işğal ediləndə orada ermənilər müvəqqəti yaşadısa, Azərbaycan ədalət bərpa edib ərazilərini işğaldan azad etdisə, Texdə yaşayanlar, orada yaşananlar da qışlaq xarakterlidir yəni müvəqqətidir. 

Samir Cabbarov – Operativ Media
 

OXŞAR XƏBƏRLƏR
Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

XƏBƏR LENTİ
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
Menyu