http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Aİ Azərbaycan və Ermənistana çağırış edib

12 Aprel 2023 , 14:44
Aİ Azərbaycan və Ermənistana çağırış edib

“Bu hadisə bir daha vurğulayır ki, delimitasiya olunmuş sərhəd olmadığı halda, 1991-ci ilin sərhəd xəttinə hörmət edilməli, oxşar hadisələrin baş verməməsi üçün hər iki tərəfin qüvvələri bu xətdən təhlükəsiz məsafələrə çəkilməlidir.

"Operativ Media"  xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma ilə bağlı yaydığı bəyanatında deyilir.

Aİ bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmadan təəssüf hissi keçirir.

“Bu hadisə bir daha vurğulayır ki, delimitasiya olunmuş sərhəd olmadığı halda, 1991-ci ilin sərhəd xəttinə hörmət edilməli, oxşar hadisələrin baş verməməsi üçün hər iki tərəfin qüvvələri bu xətdən təhlükəsiz məsafələrə çəkilməlidir.

Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada əldə edilmiş öhdəliklərə əməl edilməlidir.

Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə çağırır və bu prosesi dəstəkləməyə hazırdır.

Biz tərəfləri təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışlarımızı təkrar edirik.

Aİ bu səyləri ən yüksək səviyyədə, həmçinin Aİ-nin Ermənistandakı missiyasının iştirakı ilə dəstəkləməyə davam edir”, - deyə bəyanatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir

Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb

XƏBƏR LENTİ
  • 10:48

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir
  • 10:45

    Rövşən Rüstəmov: Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür
  • 10:42

    Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
Menyu