Laçında bir nəfər minaya düşüb - YENİLƏNİB
Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizovun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb
Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, hazırda Laçın rayon prokurorluğunda araşdırma davam etdirilir.
Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
***
14:54
Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.
DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.