http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Prezident Qəbələdə Yengicə su anbarının tikilməsi barədə sərəncam imzalayıb

12 Aprel 2023 , 15:26
Prezident Qəbələdə Yengicə su anbarının tikilməsi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev Yengicə su anbarının tikintisi haqqında Sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, Sərəncamda deyilir ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri etmişdir.

Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulduğu kimi, Qəbələ rayonunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırılmışdır.

Sərəncama görə, Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) Yengicə su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə bu Sərəncamın 1-ci hissəsində göstərilən su anbarının cari və növbəti illərdə tikintisinin maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməlidirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

OXŞAR XƏBƏRLƏR
Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması üçün səylərini əsirgəməyəcək

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

Blinken: COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstəyimiz tamdır

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

İlham Əliyev: Beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

XƏBƏR LENTİ
  • 23:31

    Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
Menyu